Accessibility links

Türkmənistan və Özbəkistan dostluq haqda daklarasiya imzaladılar - 2004-11-19


Türkmənistan və Özbəkistan son illər aralarında gərgin münasibətləri yaxşılaşdırmaq məqsədilə iki dövlət arasında dostluq haqda deklarasiyaya imza atıblar. Sənəd Buxarada Özbəskitanda rəsmi səfərdə olan Türkmənistan prezidenti Sparamurat Niyazov və onun özbək həmkarı İslam Kəriomov tərəfindən imzalanıb. Bu, iki dövlət başçısının 2000-ci ildən bəri ilk rəsmi görüşüdür. İki ölkə arasında münasibətlər 2002-ci ildə Türkmənistan Özbəkistanı prezident Niyazova qarşı sui-qəsddə şübhəlinilən müxalifət qrupunun üzvlərinə ölkəyə daxil olmaq icazəsi verməkdə ittiham etməsindən sonra gərginləşmişdir.

XS
SM
MD
LG