Accessibility links

Y.Ərafatın vəfatının səbəbi hələ də aydın deyil - 2004-11-22


Yasir Ərafatın qohumu Nasser Əl-Kidvanın dediyinə görə, Fələstinin mərhum liderinin xəstəliyi ilə bağlı sənədlərdə onun ölümünün səbəbi göstərilməmiş, lakin zəhərləndirildiyinə dair heç bir sübut olmadığı deyilmişdir. Naser Əl-Kidva bunu Paris yaxınlığındakı xəstəxana qarşısında müxbirlərin sullarını cavablandırarkən demişdir. O, Yasir Ərafatın toksiikologiya təhlillərindən keçirildiyini və qanında heç bir zəhərləyici maddə aşkar edilmədiyini bildirdmişdir. Eyni zamanda Fələstini BMT-də təmsil edən Əl-Kidvanın Yasir Əraftın xəstəlik tarixini Fələstinin Nazirlər Şurasına təqdim edəcəyi gözlənilir.

XS
SM
MD
LG