Accessibility links

Qərb Ukrayna seçkilərini pisləyir - 2004-11-23


Ukraynanın paytaxtı Kiyev şəhərində 200 mindən çox insan küçələrə çıxaraq saxtalaşdırılmış prezident seçkilərinin nəticələrinə etiraz edirlər. Nyu York Taymz qəzetinin veridiyi məlumata görə Viktor Yuşşenkonun mərkəzi Azadlıq meydanına yığışan tərəfdarları Mərkəzi Seçki Komissiyasından Yanukoviçin prezident seçildiyini göstərən nəticələri tanımamağı tələb edirlər. Ruspərəst və kommunist təfəkkürlü Yanukoviç hökumətindən zinhara gəlmiş izidiham içində al-qırmızı Gürcüstan bayraqlar dalğalanır. Bununla nümayiş iştirakçıları əgər səsləri hakimiyyət tərəfindən tanınmazsa, ölkənin müqəddəratını keçən il Tbilisidə olduğu öz əllərinə götürəcəklərini bəyan edirlər.

Bu sırada azadlıqsevər Ukrayna xalqı tək deyil. Onun arxasında demokratiya ideallarına riayət edən Qərb ictimaiyyəti dayanır. Belə ki, ATƏT, Avropa Parlamenti və NATO Parlament Assamblyeası və Avropa Şurasının verdiyi bəyanatda seçkilərin demokratik standardlara uyğun gəlmədiyi söylənilir. Müşahidəçilərin bu rəyinə əlavə olaraq Amerikalı senator Riçard Luqar istefaya getməkdə olan Prezident Leonid Kuçmanı ədalətli seçki keçirməyə çağırıb. Senat Xarici Əlaqələr Komitəsinə rəhbərlikedən Respublikaçı senator Yanukoviçin düşərgəsini “mütəşəkkil və zorakı saxtalaşdırma hallarında” birbaşa iştirak etməkdə suçlayıb.

Söhbət burada təkcə 48 milyonluq ölkənin prezidentinin kim olacağından getmir. Nyu York Taymz qəzetinin yazdığına görə, burada söhbət Avropanın ən iri ölkələrindən biri olan Ukraynanın növbəti 5 ildə hansı səmtə -- keçmiş DTK agenti olan Vladimir Putinin başçılığı altında getdikcə avtoritarlaşan Rusiyaya yoxsa demokratik və humanist dəyərlərə əsaslanan Qərbi Avropaya -- üz tutacağından gedir.

Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Yanukoviçə dəstək verməklə, və sonuncunun kampaniyasına milyonlarla dollar pul ötürməklə hələ seçkilərdən əvvəl də öz istəyini qəti şəkildə ortaya qoymuşdu. Səslər hələ tam şəkildə sayılmamışdan əvvəl Putinin Yanukoviçə zəng edib təbrik etməsi isə Ukraynada demokratiyanın yaranmasında maraqlı olan Amerika Birləşmiş Ştatlarını narahat etməyə bilməz.

Bu gün Vaşinqton Postun “Dövlət Çevrilişi” adlanan baş məqaləsində qəzet heyəti Amerika hökumətini bu məsələdə tutduğu prinsipial mövqeyə görə alqışlayır və Ukraynada demokratiyanın qələbə çalması üçün Vaşinqtonu öz səylərini artırmağa səsləyir. Müəllif heyətinin fikrincə Amerika hökuməti əlindən gələni etməlidir ki, bu saxta nəticə beynəlxalq ictimaiyyət tərəfindən tanınmasın. Əgər hətta buna nil olunmadığı təqdirdə Vaşinqton Post Amerika hökumətini seçki saxtakarlığında iştirak etmiş Ukrayna hökumət işçilərinə qarşı daimi visa sanksiyalarının qoyulmasına, Yanukoviç hökuməti ilə münasibətləri soyuqlaşdırmağa çağırır.

Bundan əlavə Amerikanın aparıcı qəzeti Buş administrasiyasını Vladimir Putinin son zamanlar həyasızcasına Ukraynda və başqa Sovet respublikalarında apardığı anti-demokratik və neo-imperialist siyasətə qarşı çıxmağa səsləyir. Məqələdə yazıldığına görə Putin Moskvada avtoritar rejim yaratmağa nail olduqdan donra indi bu tipli rejimi artıq Ukraynaya ixrac etmək fikrindədir ki, qoy Kiyev hökuməti Kremlin nüfuz dairəsindən çıxa bilməsin. Putinin kobud şəkildə Ukraynanın daxili işlərinə müdaxilə etməsi Amerika hökumətindən konkret əks-tədbir görməyi tələb edir. Dövlət Katibinin müavini Elizabes Consun Rus səfirliyinin nümayədnəsini çağıraraq ona bu mövzuda nota verməsini təqdir edən Vaşinqton Post indən belə Amerikanın Rusiya prezidenti Vladimir Putinin neo-imperialist siyasətinə son qoyması uçün yeni strategiya üzərində işləməyin vacib olduğunu bəyan edir.

XS
SM
MD
LG