Accessibility links

Əfqan girovları azad edilib - 2004-11-23


Bir ay bundan öncə girov götürülmüş 3 BMT işçisi bu gün azadlığa çıxıb. Əfqanıstan daxili işlər naziri Əli Əhməd Cəlali jurnalistlərlə söhbətində deyib ki, girovlar bu gün erkən paytaxt Kabildə tapılıblar. Belə görünür ki, girovdarlar sadəcə olaraq girovları sərbəst buraxaraq qaçıblar. Cənab Cəlalinin dediyinə görə Əfqan hökuməti hazırda girovdarları axtarır. O, həmçinin əlavə edib ki, girovların buraxılması üçün hökumət heç bir razılığa getməyib. Girovdarların mənsub olduqları Müsəlman Ordusu qrupunun verdiyi bəyanata görə isə hökumət girovların azad olunmsı müqabilində 24 Taliban məhbusunu buraxıb. Misirdə konfransda iştirak edən BMT baş katibi Kofi Annan Əfqanıstan Prezidenti Həmid Karzaiyə zəng edərək onu girovların buraxılması münasibətilə təbrik edib. Rəsmilər azad edilən girvoların sağlam olduğunu bildirirlər.

XS
SM
MD
LG