Accessibility links

Fəllucə məscidində çox sayda silah aşkar edilib - 2004-11-25


Amerikanın İraqdakı hərbi qüvvələrinin bildirdiyinə görə, Fəllucə şəhərindəki bir məsciddə çox sayda silah və partlayıcı maddələr aşkar edilib. Hərbi mənbələr bunu şəhərdəki ən böyük silah anbarı adlnadırıblar. Silahların tapıılması İraq qüvvələrinin kimyəvi silah laboratoriyasının aşkar etdikləri vaxta təsadüf edir. İraq rəsmiləri bu laboratoriyada zəhərli maddələrin istehsal edildiyini deyirlər. Birləşmiş Ştatların Dövlət Departamenti isə İraqın təhsil nazirliyində məsləhətçi işləyən amerikalı Ceyms Mollenin öldürüldüyünü bəyan edib.

XS
SM
MD
LG