Accessibility links

İraqda öldürülənlərin sayı artmaqdadır - 2004-11-29


İraq paytaxtından 200 km-lik məsafədə yerləşən Bağdadi şəhərinin polis idarəsi yaxınlığında baş verən maşın partlayışı 7 polis işçisinin ölümü, 9-nun yaralanmasına səbəb olub. Səlahiyyətli nüamyəndələr partlayışın polis işçilərinin maaşlarını almaq üçün növbədə dayandıqları vaxt baş verdiyini deyirlər. Bağdadda isə yol kənarına yerləşdirilmiş bomba partlayışı nəticəsində iki Amerika əsgəri həlak olmuş, 3-ü yaralanmışdır. Xatırladaq ki, son günlər Amerika qüvvələri tərəfindən 50-dən artıq cəsəd aşkar edilib. Onların əksəriyyətinin İraqın Milli Qvardiyasının əsgərləri olduğu bildirilir.

XS
SM
MD
LG