Accessibility links

Iraq həbsxanalarında məhbuslara qarşı təzyiqlərdən Amerika hərbiçiləri xəbərdarmış - 2004-12-01


Vaşinqton Post qəzetinin bügünkü nömrəsində Əbu Qreyb həbsxanasında məhbuslarla münasibətlər aşkar edilməmişdən əvvəl Amerikanın İraqdakı hərbi nümayəndələrinin məsələdən xəbərdar olduqları yazılıb. Qəzet yazır ki, məhbuslara qarşı təyiqlərlə bağlı məlumat hələ 2003-cü ilin dekabrında ordu generallarına təqdim edilmişdi. Əbu Qreyb qalmaqalı dünya ictimaiyyətinə bir neçə aydan sonra, daha doğrusu aprel ayında bəyan edilmişdi. Vaşinton Post qəzetinin yazdığına görə, gizli məlumat təqaüddəki polkovnik Stuart Herrinqton tərəfindən yazılmışdır. O, Birləşmiş Xüsusi Ordu və Amerikanın Mərkəzi Kəşfiyyat Agenlyinin TF-121 xüsusi qüvvələrinin İraq boyu məhbuslara təzyiq göstərdiyini və sorğu-sual obyektlərini gizli saxladıqlarını üzə çıxarmışdır.

XS
SM
MD
LG