Accessibility links

C. Buşun Kanadaya iki günlük rəsmi səfəri başa çatır  - 2004-12-01


Səfərin son günü ABŞ prezidenti sentyabrın 11-i, Amerika terror hücumlarına məruz qalan gün təyyarələri Kanadada enməyə məcbur olmuş insanlara göstərdiyi yardım və qonaqpərvərliyə görə kanadalılara təşəkkürünü bildirmişdir. Cənab Buş iki xalq arasında yaxın əlaqələri xüsusi qeyd etmiş və ölkələr arasında münasibətlərin daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir. İki ölkə arasında münasibətlərdə Kanadanın İraqın işğalı zamanı yaranmış koalisiyaya qoşulmaması ilə gərginlik müşahidə olunurdu. Prezident Buş çıxışlarının birində ölkələr arasında fikri ayırlıqlarına toxundu. “Mənim çıxardığım bəzi qərarlarla Kanadada bəzi adamlar razı deyildi-deyə o bildirmişdir. Minlərlə insan Ottavada prezident Buşun İraq siyasətinə etirazını küçə nümayişlərində bildirməyə gəlmişdir. Kanadanın baş naziri Pol Martin iki ölkə arasında fikir ayrılıqlarının mövcudluğunu təsdiq edərək demişdir ki, həqiqətən də, xarici siyasət sahəsində müxtəlif məsələlərlə bağlı fikir ayrılıqları var, ticarət məsələlərində fikir ayrılıqları mövcuddur. Prezident Buş və baş nazir Martin terrorizmə qarşı mübarizə sahəsində,habelə sərhəddə ticarət mallarının keçidinin təhlükəsizliyinin təmin edilməsi sahəsində birgə işləyəcəklərinə söz verdilər. Müşahidəçilər hesab edir ki, xarici siyasətdə və mədəniyyət məsələlərində fikir ayrılıqlarına baxmayaraq, hər iki ölkə gələcəkdə də bir-birinə bağlı olacaq və hər gün bir milyard dollarlıq ticarət aparacaq.

XS
SM
MD
LG