Accessibility links

Rusiya prezidenti Ukraynada seçkilərin yenidən keçirilməsini istəmir - 2004-12-02


Rusiya prezidenti Vladimir Putin Ukraynada mübahisəli prezident seçkilərin təkrar keçirilməsi çağırışını tənqid edib. O, bu bəyanatı Ukrayna prezidenti Leonid Kuçma ilə Moskva ətrafında görüşdükdən sonra verib. Vaşinqtonda isə prezident Buş deyib ki, Ukraynada keçirilən hər hansı bir seçkilər xarici təsirlərdən uzaq olmalı və Ukrayna xalqının iradəsini əks etdirməlidir. Bu arada Ukraynanın Ali Məhkəməsi seçkilərdə saxtakarlıq edilməsi haqda müxalifətin iddiası ilə bağlı dinləmələr təşkil edib. Seçki komissiyası Baş Nazir Viktor Yanukoviçin qələbə çaldığını bildirib. Müxalifət isə bunu rədd edir.

XS
SM
MD
LG