Accessibility links

Ruslar Abxaziyada prezident seçkilərinin yenidən keçirilməsini istəyir - 2004-12-02


Gürcüstanın Xarici İşlər Naziri xanım Salome Zurabişvili Rusiyanı Abxaziyanın daxili işlərinə müdaxilə etməkdə qınayıb. Xanım Zurabişvili deyib ki, Rusiyanın Abxaziyadakı mövcudiyyəti təfriqələr yaradır, və regionda gərgin vəziyyəti sahmana salmaq üçün həyata keçirilən səylərə əngəl törədir. Onun bu bəyanatı yüksək vəzifəli Rusiya rəsmisinin Abxaziyada təkrar prezident seçkilərin keçirilməsi çağırışından bir gün sonraya təsadüf edir. Hər iki namizəd oktyabrın 3-də keçirilən prezident seçkilərdə qələbə çaldıqlarını iddia edir. Rusiya bildirib ki, o, ölkəsindən Abxaziyaya gedən bütün dəmir yol şəbəkələri dayandırır.

XS
SM
MD
LG