Accessibility links

Ukrayna parlamenti seçkilərlə bağlı xüsusi sessiya çağırmaq istəyir - 2004-12-04


Ukraynan Ali Məhkəməsi prezident seçkilərin nəticələrini etibarsız saydığına görə baş nazir Viktor Yanukoviç keçiriləcək təkrar prezident seçkilərində iştirak edəcəyini bildirib. Parlament seçkilərin dekabrın sonunda təkrar keçirilməsi barədə xüsusi sessiya çağırmalıdır. Ukraynanın baş naziri Viktor Yanukoviç deyib ki, Ali Məhkəmənin seçkilərin yenidən keçirilməsi barədəki qərarı Ukrayna konstitusiyasına ziddir. Onun verdiyi bəyanatda deyilir ki, Ali Məhkəmənin çıxardığı qərar artıq iki həfdədir küçələrdə nümayış keçirən on minlərlə müxalifət tərəfdarının təzyiqi altında baş verib. Müxalifət lideri Viktor Yuşenko isə öz tərəfdarlarından son qərar qəbul edilənə qədər nümayişləri davam etməyi xahiş edib. Avropa Birliyi və digər qərb dövlətləri dekabrın 26-da nəzərdə tutulmuş təkrar seçkilərin keçirilməsinə köməklərini təklif etmişlər. Avropa Birliyinin rəsmiləri hal-hazırda seçkilər zamanı edilə biləcək yardımı və seçicilərin səslərinin qabaqkılara nisbətən daha dəqiq hesablanması yollarını araşdırır. Avropa Birliyi siyası şöbəsinin rəhbəri Xaviyar Solana Ukraynada tərəfləri seçki prosesinə hörmət etməyə çağırıb. Ruspərəst namizəd Yanukoviçin qələbəsinin ləğv edilməsi haqda Ali Məhkəmənin dünənki qərarından sonra əhval-ruhiyyənin yüksək olduğu paytaxt Kiyevdən fərqli olaraq, şərqdə cənab Yanukoviçi dəstəkləyənlər arasında bədbin atmosfer hökm sürür. Yanukoviçin köməkçiləri hakimlərin seçkilərin yenidən keçirilməsi haqdakı qərarını qanundan kənar adlandırır. Məhkəmənin qərarı həm də prezident Leonid Kuçma və açıq şəkildə Yanukoviçi himayə edən və qərb dövlətlərini Ukraynanın daxili işlərinə qarışmaqda gümahlandıran Rusiya prezidenti Vladimir Putin üçün böyük məğlubiyyət idi. Hələ məhkəmənin qərarından bir gün əvvəl iki prezident Moskvada görüşərək seçkilərin yenidən keçirilməsinin əleyhinə çixmış və demişdilər ki, yenidən keçiriləcək seçkilərdə yeni namizədlər iştirak etməlidir. Dünən Rusiya parlamenti qərbin Ukraynanın daxili işlərinə qarışmasını “dağıdıcı akt” adlandırmiş və eləcə də Rusiyanın xarici işlər naziri Avropanı Ukraynanın daxili işlərinə qarışmaqda və dövlət konstitusiyasını pozmaqda günahlandırıb.

XS
SM
MD
LG