Accessibility links

Rusiya prezidenti İraqdakı seçkilərə şübhə ilə yanaşır - 2004-12-07


Rusiya prezidenti Vladimir Putin İraqda gələn ay seçkilərin necə keçiriləcəyini təsəvvür edə bilmədiyini söyləyib. Onun fikrincə nə qədər ki, İraq xarici qüvvələrin işğalı altında qalır bu çox çətindir. Bu sözləri cənab Putin bu gün İraqın Moskvada səfərdə olan müvəqqəti baş naziri İyad Ələvi ilə keçirdiyi görüşdə söyləmişdir. Rusiya prezidenti eyni zamanda əlavə etmişdir ki, o, İraqın indiki vəziyyətdə təhlükəsizliyi öz resursları hesabına təmin edə biləcəyini zənn etmir. Cənab Putin İraq rəhbərinə Rus xalqının İraqla həmrəy olduğunu bildirmiş və Bağdadın Moskvaya olan borclarının silinməsini buna misal kimi gətirmişdir. Cənab Ələbi öz növbəsində deyib ki, borcların silinməsi Rusiyaya İraqda gedən yenidənqurma işlərində qabaqcıl yer tutmağa imkan verəcək.

XS
SM
MD
LG