Accessibility links

Əfqan prezidentinin inauqurasiyasında ali Amerika rəsmiləri iştirak edib - 2004-12-07


Əfqanıstanda Taliban rejiminin devrilməsi əməliyyatının arxitektorları vitse-prezident Dik Çeyni və müdafiə naziri Donald Ramsfild Əfqanıstanın ilk demokratik seçilmiş prezidenti Həmid Karzainin inaqurasiyası mərasimində iştirak ediblər. Mərasimdən əvvəl 2001-ci ildə taliban rejiminin devrilməsindən sonra Əfəqanıstana səfər etmiş ən yüksək səviyyəli Amerika rəsmisi olan vitse-prezident Dik Çeyni Həmid Karzailə görüşüb. Görüşdən sonra keçirilmiş mətbuat konfransında cənab Karzai Əfqanıstanı terrorçulardan azad etdiyinə görə ABŞ-a təşəkkürünü bildirmişdir. Vitse-prezident Dik Çeyni Vaşinqtonun Əfqanıstana hərbi və maliyyə yardımını azaltmayacağını deyib. Bundan əvvəl müdafiə naziri Ramsfild Baqram hərbi bazasında ABŞ hərbi qüvvələrinin əsgərlərilə görüşündə bildirib ki, azadlığlın hələ də düşmənləri olduğu halda, hərbi əməliyyatları başa çatmış hesab etmək olmaz.

XS
SM
MD
LG