Fələstinin yüksək vəzifəli nümayəndə heyəti Livan lideriləri ilə müzakirələr aparır. Fələstinin nümayəndə heyətinə Fələstin Azadlıq Təşkilatının sədri Mahmud Abbas və Fələstin Muxtar İdarəsinin baş naziri Əhməd Qureya da daxildir. Bu, 20 ildən bəri Livana rəsmi sərfər edən ilk Fələstin nümayəndə heyətidir. Cənab Mahmud Abbas və baş nazir Əhməd Qureya Livan prezidenti Emil Lahud və Livanın digər yüksək vəzifəli rəsmiləri ilə müzakirəlır aparıblar. Cənab Mahmud Abbas görüşdən sonra müxbirlərə deyib ki, onun Livanın rəsmiləri ilə müzakirələri Livanda yaşayan 350 minə yaxın Fələstin qaçqınının həyat şəraitinin yaxşılaşdırılması məsələsi üzərində çəmlənib. Qeyd edək ki, cənab Mahmud Abbas keçən bazar ertəsi Dəməşqdə səfərdə olarkən prezident Bəşar Əl-Əsədlə görüşmüş və onunla İsraillə gələcəkdə aparacağı sülh planını müzakirə etmişdi. Mütəxəssislər bu səfərin əhəmiyyət daşıdığını deyirlər. Mahmud Abbasla prezident Bəşar Əl-Əsəd arasındakı görüş Suriyanın İsraillə sülh danışıqlarına yenidən başlamaq istədiyini bildirdikdən iki həftə sonraya təsadüf edir. Xatırladaq ki, Fələstin Azadlıq Təşkilatının Suriya və Livanla münasibətləri xüsusilə 1993-cü ildə mərhum Yasir Ərəfat Osloda İsraillə sülh müqaviləsi bağladıqdan sonra daha da gərginləşmişdi. Suriya bildirmişdi ki, bu sülh müqaviləsi Ərəb dünyasının İsraillə sülh müqaviləsinə olan yanaşma tərzini pozumuşdu.