Accessibility links

Rusiya Abxaziyaya qarşı sanksiyaları ləğv etdi - 2004-12-09


Rusiya Gürcüstanın Abxaziya muxtar respublikasına səhayət və iqtisadi sanksiyaları ləğv edib. Məhdudiyyətlər Abxaziyanın qalmaqallı prezident seçkiləri vaxtı qüvvəyə minmişdi. Xatırladaq ki, Sergey Baqapş və keçmiş baş nazir Raul Xacimba yeni seçkilərdə bərabər iştirak edəcəklərini bildiriblər. Regionun Ali Məhkəməsi cənab Baqapşı qalib elan etmiş, lakin sonradan hökmünü dəyişərək, yenidən səsvermə keçirilməsinə dair qərar çıxarmışdır.

XS
SM
MD
LG