Accessibility links

Buş sosial təminat sistemində islahatlar aparmağa çağırır - 2004-12-11


Prezident Buş xəbərdarlıq edir ki, əgər yaxın zamanlarda lazımi ölçülər götürülməsə Amerikanın sosial təminat sistemi müflis olacaq. Özünün həftəlik radio-müraciətində prezident qanunvericiləri sosial təminat sistemində islahatlar aparmaq işində yardımçı olmağa çağırıb. O deyib ki, hazırda Amerikanın işçi qüvvəsində proqramın başladığı 1935-ci illə müqayisədə daha çox adam var və həm də insanlar indi daha uzun ömür sürürlər. Prezident cavanyaşlı əməkçilərə öz vergilərinin müəyyən hissəsini şəxsi əmanət hesabına qoyması hüququnun verilməsini istəyir. Bu cür islahatların dəyərindən narahat olan Demokratlar keçid prosesinin 2 trilyon dollara başa gələcəyini söyləyirlər.

XS
SM
MD
LG