Accessibility links

Israil qoşunlarını Fələstin ərazilərindən çıxaracaq - 2004-12-13


İsrailin müdafiə naziri Şaul Mofazın bildirdiyinə görə, Fələstin seçkilərindən 72 saat əvvəl İsrail qüvvələrinin Fəslətin şəhərlərindən çıxarılması nəzərdə tutulub. Müdafiə naziri bildirib ki, qoşunların çıxarılması yanvar ayı prezident seçkilərinin maneəsiz keçirilməsini təmanat altına almaq məqsədi daşıyır. Bundan əvvəl isə İsrailin baş naziri Ariyel Şaron bildirmişdi ki, Fəlsətin liderləri ilə danışıqlar militant hücumlarının dayandırıldığı təqdirdə mümkün ola bilər. Ddünən Qəzzada baş verən güclü partlayış nəticəsində 5 İsrail əsgəri həlak olmuş, 5-i yaralanmışdı. Bu gün baş nazir İsrailin sülhə doğru addım atmaq niyyətini dilə gətirmiş, lakin fələstinlilərin bu sahədə heç bir iş görmədiyini bildirmişdir.

XS
SM
MD
LG