Accessibility links

Rumıniyanın prezident seçkilərində müxalifət lideri qələbə əldə etdi - 2004-12-13


Rumıniyanın müxalifət lideri Traian Basesku dünən keçirilən təkrar prezident seçkilərində qələbə əldə etdiyini bildirib. Seçkilərin nəticəsi göstərib ki, Buxarest meri cənab Basesku səslərin 51.2 faizini əldə edib. Baş nazir Adrian Nastasenin isə səslərin 49 faizini topladığı xəbər verilir. Cənab Nastase məğlubiyyətini qəbul edərək, bunu Rumıniya xalqının iradəsinin nəticəsi adlandırıb. Buxarestdə çıxış edən cənab Basesku deyib ki, Rumıniyanın Avropa Birliyinə üzvlüyünə çalışacaq yeni bir hökumət təşkil edəcək.

XS
SM
MD
LG