Accessibility links

ABŞ səhiyyə naziri vəzifəsinə namizəd göstərildi  - 2004-12-13


Prezident Buş səhiyyə və sosial xidmətlər naziri vəzifəsinə ətraf mühitin müdafiəsi agentliyinin rəhbəri Maykl Levittin namizədliyini irəli sürüb. Yuta ştatının respublikaçı qubernatoru olmuş cenab Levitt istefa vermiş Tommi Tompsonu əvəz edəcək. Prezident Buş bildirib ki, Senat tərəfindən təsdiq edilsə, cənab levitt amerikalıların sağlamlığı və təhlükəsizliyinin qorunması kimi çox geniş vəzifələrə görə məsuliyyət daşıyacaq. Noyabr seçkilərində ikinci müddətə prezident seçildikdən sonra onun kabinetinin 15 üzvündən 9-u istefa vermişdir.

XS
SM
MD
LG