Accessibility links

Hollivudda mükafatlar mövsümüdür - 2004-12-13


Hollivudun mükafatlar mövsümü kino və televiziya filmləri üçün təsis edilmiş Golden Globe, Qızıl Qlobus mükafatlarına nominasiyalarla başladı. Görkəmli şəxsiyyətlərin həyatına həsr edilmiş üç film “Rey”, “Aviator” və “Finding Neverland” ən yaxşı kino-filmlər kimi mükafatlara nominasiya ediliblər. Müğənni və bəstəkar Rey Çarlzın həyatına həsr olunmuş “Rey” filmində baş rolda çəkilmiş aktyor, müğənni və komik Ceymi Foks üç nominasiyada göstərilib. Digər nominasiyalarda avto-bioqrafik “Aviator” kino-filmində baş rolda çəkilmiş Leonardo DiKaprio və “Finding Neverland” filmində baş rolun ifaçısı Coni Dip irəli sürülüblər. Qadınlar arasında ən yaxşı rolun ifaçıları kimi Nikol Kidman, Meril Strip, Annet Benninq və Keyt Vinslet göstəriliblər. Qızıl Qlobus mükafatı xarici ölkələrdən 90-a yaxın jurnalistin yaratdığı Hollivudun Mətbuat Assosiasiyası tərəfindən təsis edilib. Mükafatların təqdimat mərasimi yanvarın 16-ı keçiriləcək.

XS
SM
MD
LG