Accessibility links

İraqda keçiriləcək ilk seçkilərə start götürülüb - 2004-12-15


Bu gün İraqda keçiriəcək ilk seçkilər üçün rəsmi kampaniya start götürüb. Yanvarın 30-da keçiriləcək seçkilərdə iştirak etmək üçün 80-dən çox koalisiya qeydiyyatdan keçib. Müvəqqəti baş nazir İyad Ələvi bu gün yarışa İraq Siyahısı blokunun aparıcı namizədi kimi daxil olub. Bu bloka 200-dən çox namizəd daxildir. Amma İraq seçkilərə yaxınlaşdıqca üsyançılar zorakılıq törətməkdə davam edirlər. Belə ki, bu gün Kərbəla şəhərində bomba partladılması nəticəsində 7 nəfər həlak olmuş, 30 nəfər isə yaralanmışdır.

XS
SM
MD
LG