Accessibility links

BMT-nin baş katibi Vaşinqtonda Amerika rəsmilərilə görüşüb - 2004-12-16


Kofi Annan vç Dövlət katibi Kolin Pauel arasında görüşdə İraq məsələsi müzakirə edilib. Görüşdən sonra müxbirlərin suallarına cavab verən cənab Annan BMT-nin qarşıdan gələn seçkilərin keçirilməsində İraqa yardım səylərinə başladığını deyib. Kofi Annan bildirib ki, keçən il Bağdadda təşkilatın qərargahında bomba partlayışından sonra ölkəni tərk etmiş BMT işçilərin sayının artırılmasına çalışacaq. Dövlət katibi Kolin Pauel Amerikanın İraqda ərzaq əvəzinə neft proqramı ətrafında yaranmış qalmaqala görə tənqidlərlə qarşılaşmış BMT-nin baş katibinə etibar etdiyini demişdir. Kofi Annan və Kolin Pauel arasında danışıqlarda Əfqanıstan, Sudan və Haitidə vəziyyət müzakirə olunmuşdur. Vaşinqtona səfəri zamanı BMT-nin baş katibi prezident Buşun Dövlət katibi vəzifəsinə namizədliyini irəli sürdüyü Kondoliza Raysla da görüş keçirib.

XS
SM
MD
LG