Accessibility links

Kuba rəsmiləri Havanadakı ABŞ nümayəndəliyinə hirslidirlər - 2004-12-18


Kuba rəsmiləri Havanada Birləşmiş Ştatların həmin ölkədəki rəsmi təmsilçiliyinin yerləşdiyi binanın önündə Amerika əsgərlərinin İraq dustaqlarına qarşı törətdikləri zorakılıqları əks etdirən böyük bir plakat asmışlar. Bu, Kuba rəsmilərinin Birləşmiş Ştatların oradakı diplomatlarından Milad bayramı münasibətilə elçilikdə qoyulan bəzəntini yığışdırmaq tələbindən az sonra baş vermişdir. Asılan plakatda İraqın Əbu Qreyb həbsxanasında Birləşmiş Ştatlar əsgərlərinin dustaqlara qarşı göstərdikləri pis rəftarı əks etdirən şəkil nümayiş etdirilir. Şəklin yanında isə üzərində “Made in Amerika” yazılan faşıst svastikası çəkilib. Adının anonim saxlanılmasını təkid edən Amerikalı diplomat deyib ki, Birləşmiş Ştatlar əsgərlərinin İraq həbsxanasında törətdikləri Amerika cəmiyyətində açıq şəkildə nümayiş etdirilmiş və bu barədə sərbəst müzakirələr aparılmışdır. Bunun əksi olaraq isə Kuba rəsmiləri fikir müxtəlifliyinə yol vermir. Belə ki, Kuba rəsmiləri hətta Amerika nümayəndəliyinə gedən kubalıları həbslə hədələyir. Kuba rəsmilərinin etiraz etdiyi əsas cəhət Milad bayramı dekorasiyasında Santa Klaus və 75 rəqəminin nümayiş etdirilməsidir. Bu rəqəm keçən il Kubanın həbs etdiyi və beynəlxalq ictimaiyyətin narazılığına səbəb olduğu 75 nəfər dissident və jurnalistin sayını əks etdirir. Birləşmiş Ştatların Kubadakı nümayəndəliyinin başçısı Ceyms Keyson Kuba rəsmilərinin bu plakatı çıxarmaq barədəki hədələrinə məhəl qoymayaraq deyib ki, hər ay dörd minə yaxın kubalı Amerika nümayəndəliyinə gələrək son xəbərləri oxuyur və kabel televiziyasına baxır.

XS
SM
MD
LG