Accessibility links

Yukosun əsas hissəsini tanınmamış Baykalfinansqrup alıb - 2004-12-19


Tanınmamış bir Rusiya firması neft nəhəngi Yukosun iri hissəsini 9,3 milyard dollara almışdır. Baykalfinansqrup adlı bir təşkilat Moskvanın Yukosun əsas istehsal mərkəzi üçün məcburi təşkil etdiyi auksionda Qazprom şirkətini üstələmişdir. Məlum deyil ki, bu tanınmamış firmanın Qazpromla əlaqəsi var yoxsa o, ayrı-ayrı investorlar tərəfindən himayə edilir. Xarici investorlar Amerika məhkəməsində bu satışın qarşısını almağa çalışdılar. Amma Rusiya Amerika məhkəməsinin qərarını qulaqardına vuraraq Yukosun 27 milyard dollarlıq borcunu ödətmək üçün auksion keçirdi. Əalvə edək ki, bi çoxları bu şirkətin üzləşdiyti problemləri Yukosun keçmiş rəhbəri Mixail Xodorkovskinin Rusiya prezidenti Vladimir Putinə müxalifət olması ilə əlaqələndirir. Hazırda Xodorkovski Rusiyada həbsdə yatır.

XS
SM
MD
LG