Accessibility links

Iraqın iki şəhərində kamikadze hücumları həyata keçirilib - 2004-12-19


İraqın iki müqəddəs şəhərində kamikadze hücumları nəticəsində 60-a yaxın adamın həlak olduğu, 100-ə qədərinin yaralandığı xəbər verilir. Kərbəla şəhərində maşına goyulmuş bomba partlayışı nəticəsində azı 12 nəfər öldürülüb və 30 -dan artıq adam yaralanıb. Bu, son beş gün ərzində Kərbəla şəhərində ikinci bomba partlayışıdır. Nəcəf şəhərinin İmam Əli məscidi yaxınlığında toplaşmış kütlədən 45 adamın həlak olduğu bildirilir. Bu gün səhər Bağdadın mərkəzində yaraqlılar seçki komissiyasının işçilərini aparan maşını pusquya salmışlar. Şahidlərin verdiyi məlumata görə, onlar üç nəfəri maşından çıxarıb güllələmişlər. Hadisə şiddətli döyüşlərə səhnə olan şəhərin ən izdihamlı Hayfa kuçəsində baş verib.

XS
SM
MD
LG