Accessibility links

Azərbaycanda keçirilən bələdiyyə seçkilərini müxalifət ciddi tənqid edib - 2004-12-20


Bir sıra müxalifət partyaları bələdiyyə seçkilərinin nəticələrini tanımayacağını bəyan edib. Azərbaycan Milli İstiqlal partiyasının sədri Etibar Məmmədov seçkilərin prezident aparatından idarə edildiyini, Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimli bələdiyyə üzvlərinin rüşvətlə seçildiyini deyib. Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev isə seçkilərin azad və ədalətli keçirildiyini bildirir. Öz növbəsində müstəqil ekspertlər ölkədə seçkiyə marağın azaldığını vurğulayır.

XS
SM
MD
LG