Accessibility links

Çili məhkəməsi Pinoçetin mühakimə qarşısında dayana biləcəyini müəyyən edir - 2004-12-20


Çilidə appelyasiya məhkəməsi bu günün axırında sabiq diktator Auqusto Pinoçetin fiziki baxımdan mühakiməyə yararlı olub-olmaması haqda qərar qəbul edəcək. Cənab Pinoçet Şənbə günü infarkt keçirib. Ötən həftə Çili məhkəməsi general Pinoçeti 1973-1990-cu illər arasında hakimiyyətdə olduğu müddətdə insan hüquqlarını pozmaqda ittiham edərək onu ev dustağı etmişdi. Amma vəkillərin appelyasiyasından sonra məhkəmənin qərarı ləğv edildi. General Pinoçetin tərəfdarları və əleyhdarları hazırda məhkəmə binasının qarşısına yığılaraq bu günün qərarını gözləyirlər. Bu arada Santyaqo xəstəxanasının həkimləri xəbər verilər ki, cənab Pinoçet özünə gəlib və onun vəziyyəti artıq kritik deyil.

XS
SM
MD
LG