Accessibility links

Türk militantı ekstremizmdə ittiham edilir - 2004-12-20


Türkiyədə dövlətə xəyanətdə ittiham olunan islamçı militantların məhkəmə iclası aprel ayına gədər fasiləyə gedib. ”Köln Xəlifəsi” ləgəbi ilə tanınan Mətin Kaplan Türkiyənın konstitusiya quruluşunu devirmək niyyətində ittiham edilir. O, dünyəvı Türkiyə dövlətinin banisi Mustafa Kəmal Atatürkün mavzoleyinə təyyarə uçurtmaq və bir neçə başqa əməliyyatlar planlaşdırmaqda şübhəli bilinir. Bu gün məhkəməsi başlanan vaxtda, müttəhim demişdir ki, o, terrorizmə qarşıdır və onun heç bir terrorçu fəaliyyətində əli olmayıb. Öz tərəfdarlarını rəqibinin qətlinə təhrik etdiyinə görə Alman həbsxanasında cəzasını çəkmiş Mətin Kaplan həmin ölkədən oktyabr ayında xarıc edilib. Onun “Xəlifə Dövləti” adlı grupu islamçı dövlətin yaradılmasını təbliğ edir və bu səbəbdən qrupun Almaniyada fəaliyyəti gadağan olunub.

XS
SM
MD
LG