Accessibility links

Qəzza Zolağında zorakılıqlar davam edir - 2004-12-22


Bu gün Yaxın Şərqdə zorakılıqlar nəticəsində üç fələstinlinin və bir israillinin qətlə yetirildiyi bildirilir. İsrail rəsmilərinin bildirdiyinə görə həmin israilli Hebron şəhərinin yahudi yaşayış məntəqəsində atılan güllə nəticəsində qətlə yetirilmişdir. Eyni zamanda bu gün Qəzza Zolağının başqa bir hissəsində İsrail hərbiçiləri tərəfindən üç fələstinlinin qətlə yetirildiyi xəbər verilir. Keçən ay Yasir Ərafatın vəfatından sonra sülhün bərpa olacağına ümidlər var idi. Lakin zorakılıqlar hələ də davam edir.

XS
SM
MD
LG