Çikaqo şəhərinin xəstəxanasının həkimləri dünyada ən kiçik körpənin üç ay müalicədən sonra evə göndəriləcəyini deyiblər. Rumaysa adlı körpə sentaybr ayında anadan olanda çəkisi cəmi 243 qram, boyu isə 24 santimetr olub. İndi onun çəkisi 1 kiloqram 19 qramdır. Rumaysa və onun əkiz bacısı Hiba 23 yaşlı analarının hamiləliyin 25-ci həftəsində kesar əməliyyatı keçirildikdən sonra anadan olublar. Yüksək qan təzyiqi olan ananın hamiləliyinin davam etdməsi həm körpələr, həm də onun özünün həyatı üçün böyük təhlükə təşkil edirdi. Həkimlər ultrasəslə uşaqların hər ikisinin normal inkişaf etdiyini təyin etdikdən sonra əməliyyat keçirmişlər. Xəstəxananın həkimləri son 20 ildə çəkisi bir kiloqramdam az olan min yeddi yüz körpəyə qulluq ediblər. Körpələrin sağ qalma faizi isə Amerikada ən yüksək olaraq 90 faiz təşkil edir.