Accessibility links

Fələstində bələdiyyə seçkiləri keçirilir - 2004-12-24


1976-cı ildən bəri ilk dəfə olaraq İordan çayının Qərb sahilində keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələri mərkəzçi Fatah fraksiyasının öndə getdiyini göstərir. Hərçənd ki, bu seçkilərdə radikal Həməs təşkilatı da çoxlu səs əldə edə bilib. 150 mindən çox seçici Cümə axşamı 26 Qərb Sahili məntəqələrində səsverməyə qatılıblar. Rəsmi nəticələr Şənbə günü açıqlanacaq. Qarşıdan gələn aylarda bu cür seçkilərin Fələstin ərazilərinin başqa guşələrində də keçiriləcəyi gözlənilir. Dünənin seçkiləri Fatah və Həməs partiyaları arasında populyarlıq yarışı kim də qiymətləndirilə bilər. Əlavə edək ki, Həməs təşkilatı Yanvarın 9-da keçiriləcək prezident seçkilərində iştirak etməyəcəyini ildirib. Bu yarışda Fatah lideri Mahmud Abbas irəlidə gedir.

XS
SM
MD
LG