Accessibility links

Ukraynada təkrar prezident seçkiləri keçirilir - 2004-12-26


Bu gün Ukraynada vətəndaşlar təkrar prezident seçkilərində ölkənin növbəti rəhbərini müəyyən edirlər. Son rəy sorğularına görə müxalifət namizədi Viktor Yuşçenko hazırkı baş nazir Viktor Yanukoviçdən irəlidə gedir. Seçki rəsmilərinin bildiridiyinə görə seçililərin iştirak səviyyəsi Noyabrda keçirilən ikinci turla müqayisədə aşağıdır. Xatırladaq ki, ölkənin ali məhkəməsi həmin seçkilərin nəticələrini kütləvi saxtakarlıq hallarına görə ləğv etmişdi. Mərkəzi seçki mossiyasının yeni rəhbəri Yaroslav Davıdoviçin bildirdiyinə görə hələ ki, ciddi qanun pozuntuları qeydə alınmayıb. Belə ki, yerlərdə seçkiləri minlərlə xarici müşahidəçi izləyir. İqtidarda olan prezident Leonid Kuçma namizədləri seçkilərin nəticələrinə hörmət etməyə səsləyib. Əlavə edək ki, cənab Yuşçenko Ukraynanı demokratik Qərbə yaxınlaşdıracağına söz verirkən, onun rəqibi Yanukoviç Rusiya ilə sıx münasibətlərin saxlanmasının tərəfdarıdır.

XS
SM
MD
LG