Accessibility links

Bolşevik inqilabı günü ləğv edilir - 2004-12-27


Rusiya parlamentinin yuxarı palatası 1917-ci il Bolşevik inqilabı gününü milli bayramlar siyahısından çıxarılması məsələsini səsə qoyub. Federal Şuranın səsverməsi Dövlət Dumasının təklifi təsdiq etməsindən sonraya təsadüf edir. Prezident Vladimir Purinin bir neçə gün ərzində təklifi imzalayaraq qanun halına gətirəcəyi gözlənilir. Parlamentin Sovet dövrü geniş qeyd edilən noyabr ayının 7-nin bayram kimi ləğv etməsi kommunistlərin böyük etirazı ilə qarşılanıb. 1612-ci il Rusiyanın Polşa qüvvələrindən azad edildiyi gün noyabrın 4-ü ümummilli birlik günü kimi qeyd ediləcək. Yeni il tətilləri isə yanvar ayının 5-dək uzadılacaq.

XS
SM
MD
LG