Bu gün Bağdadın şimal bölgəsində həyata keçirilən silsilə hücumlar 23 polis işçisi və Milli Qvardiya əsgərlərinin ölümünə səbəb olub. Səlahiyyətli nümayəndələrin bildirdiyinə görə, Tikrit, Səmarra, Balad və Baquba şəhərləri yaxınlığında bu hücumlar silahlı şəxslər və maşına yerləşdirilmiş bombalarla həyata keçirilib. Bağdad rəsmiləri Milli Qvardiya zabitinin ona qarşı sui-qəsd cəhdindən xilas olduğunu bildirirlər. Hadisə zamanı onun mühafizlərindən 6 nəfərinin yaralandığı xəbər verilir.