Accessibility links

Dövlət katibi Pauel: ABŞ Asiya ölkələrinə yardımı davam edtirəcək  - 2004-12-30


Birləşmiş Ştatlarının Dövlət katibi Kolin Pauel Vaşinqtonun Asiyada fəlakət nəticəsində zərər çəkmiş ölkələrə gələcəkdə də yardım vədinə əməl edəcəyini deyib. Bu gün müxbirlərlə danışan cənab Pauel Birləşmiş Ştatların mənbələrdən daha yaxşı istidə edilməsini müəyyən etdikdən sonra daha artıq maliyyə vəsaiti ayıracağını bəyan edib. Dövlət katibinin bildirdiyinə görə, Vaşinqton səylərini daha çox yardıma ehtiyacı olan ölkələr Şri Lanka, İndoneziya və Tailanda yönəldəcək. Cənab Pauel prezident Buşun adından başsağlığı bildirmək üçün bu üç ölkənin Vaşinqtondakı səfirliklərində olub. Birləşmiş Ştatlar təchizatın çatdırılması və uzun müddətli xilasetmə əməliyyatlarına kömək etmək üçün hərbi qüvvələrini regiona göndərməklə yanaşı, 35 milyon dollar məbləğində yardımın ayrılacağını vəd edib.

XS
SM
MD
LG