Accessibility links

Cənubi Asiyada epidemiya təhlükəsi artır - 2004-12-31


Təcili yardım işçiləri Cənubi Asiyada ağır itkilərə səbəb olmuş sunami nəticəsində epidemiyaların yayılmasının qarşısını almaq üçün regiona gəliblər. Bu arada insan itkilərin ümumi sayının 125 minə yaxınlaşdığı xəbər verilir. Təkcə İndoneziya 80 min vətəndaşının öldüyünü və bu hesabın artacağını xəbər verir. Şri Lankada həlak olanların sayı 28 mini keçib; Hindistan isə 7,000 adamın ölüdüyünü bildirir. BMT xilasedici əməliyyatlarının koordinatoru Yan Egeland deyir ki, vəba və tif xəstəliklərinin yayılması itkilərin sayını ikiqat artıra bilər. Ona görə də sunamidən zərər çəkənlərə təmiz su, ərzaq və tibbi diqqətin yetirilməsi çox vacibdir. Birləşmiş Ştatlardan və başqa ölkələrdən çıxan gəmilər fəlakət zonasına döğru səmt götürüb. Ümumiyyətlə yardım yükləri dünyanın bütün guşələrindən hava yolu ilə daxil olmaqdadır. Bu arada dünya liderləri gələn həftə İndoneziyada yığışaraq təbii fəlakətin nəticələrinin aradan qaldırlmasını müzakirə etməyi planlaşdırırlar. Avropa liderləri də Yanvarın sonuna zirvə toplantısı keçirməyi nəzərdə tuturlar.

XS
SM
MD
LG