Accessibility links

Viktor Yanukoviç vəzifəsindən istefa verdi - 2004-12-31


Ukrayanın baş naziri Viktor Yanukoviç istefa verib, lakin keçən bazar günü təkrar prezident seçkilərində məğlubiyyətini qəbul etməkdən imtina edib. Televiziyada yaymlanan xalqa müraciətində cənab Yanukoviç istefasını rəsmən təqdim etdiyini bildirmişdir. Viktor Yanukoviç seçkinin nəticələrinə etiraz etdiyini, lakin qanuni etirazlarının təmin olunacağına ümid bəsləmədiyini demişdir. Son qeyri-rəsmi məlumatlara görə, müxalifətin lideri Viktor Yuşşenko prezident seçkilərində 2 milyon səslə qələbə çalmışdır.

Gürcüstan prezidenti Mixail Saakaşvili Kiyevin mərkəzi meydanında Yeni il yürüşündə iştirak etmək üçün Ukraynadadır.

XS
SM
MD
LG