Accessibility links

Ukraynanın istefaya getməkdə olan prezidenti Kuçma vətəndaşları son seçkilərin nəticələrinə hörmət etməyə səsləyir  - 2005-01-01


Ukraynaın istefaya getməkdə olan prezidenti Leonid Kuçma xalqa müraciət edərək yeni seçilmiş prezidenti -- yəni müxalifət lideri Viktor Yuşçenkonu -- dəstəkləməyə çağırmışdır. Özünün Yeni İl gecəsi verdiyi müraciətdə, spesifik olaraq cənab Yuşçenkonun adını çəkmədən, cənab Kuçma Ukraynalılardan demokratik seçimə hörmət etməyi xahiş etmişdir. Cənab Kuçmanın bu çağırışı ötən Bazar günü seçkilərdə məğlub olmuş baş nazir Viktor Yanukoviçin tutduğu vəzifədən istefası ilə üst-üstə düşür. Dünən Kremlin himayə etdiyi Yanukoviç ölkənin ali məhkəməsinin və mərkəzi seçki komissiyasının onun şikayət iddialarını rədd etdikdən sonra istefa verib. Bununla belə Yanukoviç prezident seçkilərinni son nəticələrini tanımaqdan və rəsmən təslim olmaqdan imtina edir. Halbuki müxalifət lideri Viktor Yuşçenko onu 10 faiz fərqilə məğlub edib.

XS
SM
MD
LG