Accessibility links

İsrail Qəzza zolağında militantlara qarşı əməliyyatlar aparır - 2005-01-02


Cənubi Qəzza zolağında hərbi əməliyyatı bitirdikdən bir neçə saat sonra İsrail əsgərləri və tankları zolağın şimal hissəsinə daxil olublar. Beyt Hanun əməliyyatı İsrail qüvvələrinin Xan Yunis düşərgəsi üzərinə 3 gün davam edən hücumdan sonra baş verir. İsrail rəsmilərinin dediyinə görə əməliyyatlar həmin bu ərazidən Yəhudi yaşayış məntəqəsinə açılan raket və minamyot atəşlərinin qarşısını almaq məqsədi daşıyır. Qeyd etmək gərəkdir ki, İsrailin bu hərbi əməliyyatları mərhum Yasir Ərafatı əvəzləmək üçün Fələstində keçirilən prezident seçkilərindən bir həftə öncəyə təsadüf edir. Yenicə açıqlanmış rəy sorğularına görə Fələstin Azadlıq Təşkilatının sədri Mahmud Abbas seçicilərin 65 faizinin dəstəyinə malikdir. Fələstin militantlarını hücumlardan hifz edəcəyini vəd edən Abbas həmçinin İsraili qeyri-məhsuldar olmaqda qınamışdır.

XS
SM
MD
LG