Accessibility links

İsrail ordusu qətlə yetirdiyi fələstinlilərə görə hücumlara məruz qalıb - 2005-01-05


Qəzza Zolağı sərhəddi yaxınlığında Fələstin militantlarının atdıqları raket İsaril ordusunun 12 əsgərini yaralayıb. Rəsmilərin bildirdiyinə görə raket İsrailin cənubunda yerləşən Sderot şəhərinin yaxınlığına atılıb. Bu hücumun məsuliyyətini çərşənbə axşamı İsrail tankının yeddi fələstinlini qətlə yetirməsinə cavab olaraq İslami Cihad və ƏL Əqsa Şəhirdər Briqadası öz üzərinə götürüb. İsrailin verdiyi digər xəbərdə isə bir silahlı fələstinli İsrail ordusuna hücum edərkən qətlə yetirilib. Bununla belə İsrailin baş naziri Ariel Şaron öz apponentləri ilə ordunun Qəzza Zolağından çıxarılması barədə danışıqlar aparıb və bu ilin axırına qədər bu məsələ ilə əlaqədar əllərindən gələni edəcəklərini bildirib.

XS
SM
MD
LG