Accessibility links

Sunami qurbanlarına yardımlar artmaqdadır - 2005-01-07


Cənubi Asiyada sunami qurbanlarına göstərilən yardımın məbləği 5 milyarda çatıb. Sənaye baxımından ikişaf etmiş Böyük Yeddilər qrupu fəlakətin təsirinə məruz qalmış ölkələrin borclarını ödəmələrinin dayandırılması barədə razılıq əldə edib. Avropa Birliyi yenidənqurma işləri ilə bağlı uzunmüddətli planlar üzərində işləyir. BMT hökumətləri vəd etdikləri yardımlarını sürətləndirməyə çağırıb. Yaponiya çağırışa dərhal cavab verərək, vəd etdiyi məbləğin yarısı, yəni 250 milyon dollarını yardım təşkilatlarına köçürüb.

XS
SM
MD
LG