Accessibility links

Prezident Buş İraqda keçiriləcək seçkilərə nikbinliklə yanaşır - 2005-01-08


Prezident Buş İraqda artan hücumlara və zorakılıqlara baxmayaraq orada keçiriləcək prezident seçkilərinə ruh yüksəkliyi ilə yanaşır. Prezident bu ayın axırında İraqda keçiriləcək seçkiləri İraq xalqı üçün “həlledici məqam” adlandırıb. O deyib: “Son vaxtlaradək İraqda insanlar elə bir cəmiyyətdə yaşayırdılar ki, onlar rəhbərlərinin dediyi ilə razılaşmasaydılar onları ya öldürür, ya da işgəncə verərək şikəst edirdilər. Gözlənilmədən bu dəyişdi və İraqda indi insanlar yeni həyata qədəm qoyurlar.” Cənab Buş deyir ki, seçkilər İraqa demokratiya və sabitlik gətirəcək. Sünnilərin məskunlaşdığı dörd vilayətdə zorakılıqların hələ də davam etməsinə baxmayaraq, prezident seçkilərə nikbin əhvali-ruhiyyə ilə yanaşır. O, İraq üsyançılarını Osama bin Laden və Əfqanıstanın Taliban qruplarına bənzədərək xəbərdarlıq edir ki, onlar keçiriləcək seçkilərə mane olmağa çalışırlar. Seçkilər barədəki narahatçılıqlar və şübhələr Bağdadda və Vaşinqtonda tez-tez eşidilir. İraqda olan Beynəlmiləl Koalisiyanın komandiri, Birləşmiş Ştatlar hərbi qüvvələrinin general laytenantı Tomas Metz cümə axşamı bildirib ki, o, seçkilərdə iştirak edən hər bir İraq vətəndaşının təhlükəsizliyini təmin edə bilməz. Vaşinqtonda milli təhlükəsizlik üzrə sabiq prezident müşaviri Brent Scoukroft praqnozlaşdırır ki, İraq seçkiləri ölkədəki münaqişəni bir qədər də dərinləşdirə bilər. Belə ki, seçkilərin nəticələri şiə və sünnilər arasındakı qarşıdurmanı bir az da kəskinləşdirəcək.

XS
SM
MD
LG