Accessibility links

Prezident Buş Daxili Təhlükəsizlik nazirliyinin rəhbəri vəzifəsinə namizəd seçdi  - 2005-01-11


Prezident Buş federal apellasiya məhkəməsinin hakimi Maykl Çertofun Daxili Təhlükəsizlik naziri fəzifəsinə namizədliyini irəli sürdü. Ağ Evdə keçirilmiş mərasimdə prezident Buş cənab Çertofun “güclü və qabiliyyətli” bir lider olacağını bildirmişdir. Cənab Buşun bildirdiyi kimi, maykl Çertof prokuror və ABŞ baş prokurorunun yardımçısı kimi çox parlaq karyerası olan professional insandır. 2001-2003-cü illərdə Birləşmiş Ştatların Ədliyyə nazirliyində cinayət şöbəsinə rəhbərlik etmiş Maykl Çertof Buş administrasiyasının terrorizmə qarşı müharibə dövrü hüququ strategiyasını hazırlamaqla məşğul olmuşdur. Prezident Buşun prezentsiyasından sonra çıxış edən cənab Çertof Senat tərəfindən namizədliyi təsdiq edilsə, 180 min işçisi olan Daxili Təhlükəsizlik nazirliyinə şərəflə rəhbərlik edəcəyini bəyan etmişdir.

XS
SM
MD
LG