Accessibility links

Təqaüdçülərin etirazı davam edir - 2005-01-14


Rusiyada təqaüdçülərin Sovet dövrü imtiyazlarının ləğvi ilə yaranmış etiraz dalgası davam edir. Rusiya parlamentinin aşağı palatası-Duma gərginliyin azaldılması məqsədi ilə pensiyaların artırılması ilə bağlı qanunu nəzərdən keçirir. Bu gün etiraz nümayişləri Sankt-Peterburq və digər böyük şəhərlərdə davam edib. Penzada 1 500 adamın nümayişlərdə iştirak etdiyi bildirilir. Rusiyadan alınan digər bir xəbərdə deyilir ki, Almaniya prezidenti Horst Kohler Sankt-Peterburqdadır. Alman liderinin Rusiya prezidenti Vladimir Putinlə görüşü, Ermitaja səfəri və Filarmoniyada təşkil ediləcək konsertdə iştirakı gözlənilir.

XS
SM
MD
LG