Accessibility links

Əfqanıstanda 80 məhbus azad edilib - 2005-01-16


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələri tərəfindən hərbi həbsxanada saxlanılan 80 əfqan azadlığa buraxılıb. Həmin məhbuslar Baqram hava bazasından iki avtobusla Kabilin Ali Məhkəməsinə aparılıb. Baş hakim Fəzl Hadi Şinvari onları qurban bayramı ərəfəsində azad edilmələri münasibəti ilə təbrik etmiş, hökumətin təhlükəszliyinə ziyan vura biləcək heç bir addıma əl atmamağa çağırmışdır.

XS
SM
MD
LG