Accessibility links

Prezident Buş seçkilərindəki qələbəsini İraq siyasətinin düzgünlüyünə sübut kimi qiymətləndirir - 2005-01-16


Prezident Buş bildirir ki, noyabr ayı seçkilərindəki qələbəsi onun İraq siyasətinin doğruluğunu göstərib. Washinton Post qəzetinə verdiyi müsahibəsi zamanı prezident Buş deyib ki, İradqakı səhvlərə görə cavabdehlik daşıyan heç bir administrasiya saxlanılmamalıdır. ABŞ prezidenti ona göstərilən etibarı 2004-cü il prezident seçkilərinin sübut etdiyini bildirib. Corc Buş deyib ki, Amerika xalqı İraqla bağlı fərqli fikriləri dinləyib, iki namizəd arasıbda öz seçimini edib. Qeyd edək ki, prezident Buşun müsahibəsi Washinton Post qəzetinin bügünkü nömrəsində dərc edilib.

XS
SM
MD
LG