Accessibility links

Mətbuat İcmalı: ABŞ İranın Nüvə Proqramı Barədə Narahatdır - 2005-01-18


Birləşmiş Ştatlar mətbuatında Buş Administrasiyasının bu ay Çinin bir neçə şirkətinə sanqsiyalar tətbiq etməsi və ABŞ-ın İranın nüvə qurğularının yerini öyrənmək üçün kəşfiyyat fəaliyyətləri barədə bir neçə məqalə dərc edilib. Nyu Yorker jurnalının tanınmış müxbiri Seymour Herş bu günlərdə yazmışdı ki, ABŞ İranda məhv edilməli nüvə qurğuları və başqa hədəfləri müəyyən etmək üçün bu ölkədə kəşfiyyat fəaliyyətləri aparacaq. O yazır ki, Prezident təkcə seçkilərdə qələbə çalmamış, o və onun milli təhlükəsizlik üzrə müşavirləri hərbi və kəşfiyyat aqentlikləri üzərindəki nəzarətlərini də möhkəmləndirmişlər. Prezident Buşun isə İranın mollaları və terrorçuluqla mübarizə barədə iddialı planları var. Cənab Herş yazır ki, Buşun ikinci prezidentlik dövründə də mərkəzi kəşfiyyat idarəsinin rolu azalacaq, agentlik Prezident Buş və ya Vitze Prezident Çeyninin nəzarətində və Pentaqonun təsiri altında bir məsləhətçi agentliyə çevriləcək. Seymour Herş qeyd edir ki, onun kəşfiyyat fəaliyyətləri barədəki müsahibələri göstərmişdir ki, Amerikanın Yaxın Şərgdəki növbəti strateji hədəfi İrandır. O bir keçmiş kəşfiyyat nümayəndəsindən iktibas gətirərək yazır ki, İraqda yaranmış vəziyyətə baxmayaraq, Amerika bu əməliyyatlardan dərslər də götürüb və İranda başka taktikalar yeridəcək. Vaşington Post isə yazır ki, Pentaqon həmin məqaləni təngid edib. Məqalədə deyilir di ki, İranda potensiyal nüvə və silah proqramları hədəflərini müəyyən etmək üçün bu ölkədə kəşfiyyat fəaliyyətləri aparılır. Pentagon bildirmişdir ki, İranın nüvə silahı əldə etmə ambusiyalarına daha çox diqqət yetirmək lazımdır. Cənab Herş yazmışdır ki, prezident Buş Yaxın Şərqdə və başqa regionlarda yerləşən ona qədər ölkədə terrorçu hədəflərə qarşı ABŞ komandoslarının və xüsusi təyinatlı qüvvələrinin gizli əməliyyatlar apara bilmələri üçün bir neçə dekretə qol çəkmişdir. Pentaqonun nümayəndələri ABŞ qüvvələrinin İranda hazırda fəaliyyət göstərib göstərmədikləri barədə müxbirlərin sualına isə xüsusi təyinatlı qüvvələrin fəaliyyəti və onların potensiyal hədəflərini müazkirə etmədikləri şəklində cavab vermişlər. Nyu York Tayms qəzetinin bu günkü nömrəsində dərc edilən bir məqalədə yazılır ki, Amerika İrana, onun ballistik raketlərini təkmilləşdirməsi üçün yardım etdiklərinə görə Çinin ən nəhəng şirkətlərindən səqqizinə sanqsiyalar tətbiq edib. Bu, Ağ Evin və ABŞ kəşfiyyat təşkilatlarının İranın silah proqramlarının mühüm hissələrini müəyyən edib, bu proqramların inkişafını yavaşlatma səylərinin bir hissəsidir. Nyu York Taymz yazır ki, Ağ Ev sanksiyalar barədə şərh verməmiş, Dövlət Departamenti isə bu barədə bu ayın əvvəllərində bir səhifəlik bir açıqlama buraxmışdır. Bu açıqlamada həmin Çin şirkətlərinin adları verilmişdir. Həmin şirkətlərin İrana ixrac etdikləri texnoloqiyanın mahiyyəti də gizli tutulmuşdur. O zamandan bəri Çin və silahların yayılması məsələlərinə həsr olunmuş internet səhifələrində Çin şirkətlərinə qarşı tətbiq olunan sanqsiyalar haqqında məlumat verilsə də ABŞ hökuməti bu məsələdə bəyanat verməkdən imtina etmişdir. Prezident Buş, çıxışlarında Şimalı Koreyanın nüvə proqramı məsələsinin həlli barədə yardımlarına görə Çinə dəfələrlə teşəkkürünü bildirmişdir. Bəzi dövlət nümayəndələri sanqsiyaların açıq elan edilməməsini Çinin Şimalı Koreya barədə əməkdaşlığa davam etməsi ilə əlaqələndirmişlər. Nyu York taymz yazır ki, ABŞ belə bir həssas dövrdə Çini qəzəbləndirmək istəmir.

XS
SM
MD
LG