Accessibility links

C.Buşun inaqurasiyasına son hazırlıq işləri görülür - 2005-01-19


Prezident Buşun inaqurasiyası Amerika tarixində ən sıx təklükəsizlik tədbirləri altında keçirilən mərasim olacaq. Daxili təhlükəsilzik naziri Tom Ridc terror təhlükəsi ilə bağlı riskin mövcud olmadığını bildirib. ABŞ prezidentinin ikinci inaqurasıyası misli görünməmiş sayda, 13 000 hüquq-mühafizə personalı, 50-dən artıq federal, ştat və yerli agentliklərin iştirakı ilə keçiriləcək. Daxili Təhlükəszlik Nazirliyinin bildirdiyinə görə, təhlükəszliklə bağlı ölçülər üzərində artıq bir ildən artıqdır ki, iş aparılır. Hüquq-mühafizə agentlikləri kommunikasiya sistemləri altında birləşəcək. Sensorlarla havanın tərkibində kimyəvi və bioloji maddələrin olub-olamadığı yoxlanacaq. Pensilvaniya küçəsi və Kapitoli binası ətraflarında snayperlər yerləşdiriləcək. Onlarla polis iti partlayıcı maddələrin axtarışını aparacaq, maşın və çantalar daşınan rentgen maşınlarından keciriləcək. İnaqurasiya mərasiminin yüz minlərlə seyrçi tərəfindən izlənəcəyi gözlənilir. Hər inaqurasiyada olduğu kimi etiraz nümayişləri də təşkil ediləcək. Hökumət nümayəndələri nümayişlərin əleyhinə olmadığını bildirsələr də, belə bir əhəmiyyətli mərasimin təhlükə altına alınmasına imkan verməyəcəklərini deyirlər.

XS
SM
MD
LG