Accessibility links

ABŞ prezidenti Corc Buşun inaqurasiyası keçirildi - 2005-01-20


Vaşinqtonda Prezident Buşun inaqurasiya mərasimi oldu. Mərasimin kulminasiyası olan inaqurasiya çıxışı zamanı ABŞ prezidenti dörd il ərzində yürüdəcəyi daxili və siyasi siyasətinin əsas müddəalarını açıqladı. İnaqurasiya çıxışının əsas mövzusu isə azadlıq oldu. İkinci dönəm hakimyyətə başlamaq üçün prezidentin çıxışının əsas qayəsini azadlıq, bərabərlik, insan hüquqlarının tərənnümü ideyası təşkil etdi. Kapitoliya binası qarşısında keçirilən prezidentin mərasimdə inaqurasiya çıxşını edən prezident Buş Amerikanın əsas məqsədinin dünya ölkələrini tiraniyadan azad etmək və azadlıq tərəfində dayanmaqdan ibarət olduğunu dedi. Vaşinqtondakı inaqurasiya mərasimi güclü təhlükəsilzik tədbirlərinin görüldüyü bir şəratidə keçir. Bununla belə, on minlərlə insan bu mərasimi izləmək üçün Vaşinqtona axışmışdır. Prezident Buş çıxışı zamanı İraq və Əfqasnıstanda müharibə mövzusuna birbaşa toxunmasa da, düşmənə qarşı mübarizədə həlak olmuş insanların xatərisini anmışdır. Prezident Buş dedi ki, Amerikanın azadlığı getdikcə daha çox digər ölkələrin azad olmasından asılı olur. “Dünyada sülh üçün ən gözəl ümid bütün dünyada azadlığın yayılmasından ibarətdir”-deyə Birləşmiş Ştatlar prezidenti qeyd etmişdir.

XS
SM
MD
LG