Accessibility links

İraq Milli Konqresinin lideri həbs ediləcəkmi? - 2005-01-22


İraqın müdafiə naziri bildirib ki, onun hökuməti İraq Milli Konqresinin lideri Əhməd Çələbini ona böhtan atmaq üstündə həbs edəcək. Bu iki şəxs arasındakı mübahisə artıq bir müddətdir ki, davam edir. Əl-Cəzirə telekanalına verdiyi müahibədə cənab Çələbi İraqdan Livana ötürülmüş 300 milyon dolların taleyini müəyyən etmək üçün müdafiə naziri Hazim əl-Şaalan üzərində təhqiqat aparılmasına çağırıb. Xatırladaq ki, bu pul yenidən formalaşan İraq ordusu üçün silah və ləvazimat almaq üçün nəzərədə tutulmuşdu. Cənab əl-Şaalan deyib ki, Çələbi həbs olunaraq müdafiə nazirinə böhtan atdığına və 1992-ci ildə İordaniya məhkəməsində dələduzluq maddəsi ilə məhkum olunduğuna görə İnterpola təhvil veriləcək. Cənab Şaalan və Çələbi hər ikisi qarşıdakı milli assambleya seçkilərində namizəddirlər. Cənab Çələbi baş nazir vəzifəsi uğrunda mübarizə aparır. Cənubi İraqda seçki kampaniyası ilə məşğul olan Əhməd Çələbi müdafiə nazirinin dediklərinə cavab verməyib.

XS
SM
MD
LG